Daxili Xəbərlər

AzTA 25 ölkədə nümayəndəlik açacaq

Azərbaycan Turizm Assosiasiyası (AzTA) Şimal-Şərq, Şimal-Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəlik açıb.

AzTA-dan verilən məlumata görə, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək. Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AzTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə regionlarda məşğulluq prosesinə də töhfəsini verəcək. Xüsusilə, “yaşıl” və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacağı gözlənilir.

Bundan başqa, AzTA dünyanın 25 ölkəsində nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında qərar qəbul edib. Nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək. Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliği və təşviqini həyata keçirməklə gələcəkdə ölkəyə daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq.

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close