Xarici XəbərlərXəbərlər

Azərbaycan 2020-ci ildə turistlər üçün dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

Yeni ildə səyahət etməyi planlaşdıranlar üçün dünya üzrə illik risk xəritəsi tərtib olunub.

“International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuş xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb. Risklərin ən az olduğu ölkələr siyahısına əksərən şimal dövlətləri – Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Norveç, Sloveniya, Birləşmiş Krallıq, ABŞ, Kanada, Çin, Lüksemburq və İsveçrə başçılıq edirlər. Daha riskli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriya elan edilib.

Xəritədə Latın Amerikası ölkələri orta risk dərəcəsi olan ölkələr kimi qeyd olunub. Məsələn, Meksika və Kolumbiya səyahətçilərin təhlükəsizliyi baxımından bu qəbildəndir.

“International SOS” şirkətinin sözçüsü CNN-ə müsahibəsində bildirib ki, xəritənin hazırlanmasında onun müştərilərinin rəyləri əsas götürülüb. O, turistlərə və turizm şirkətlərinə məsləhət görüb ki, xəritədəki məlumatlardan istifadə etsinlər.

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close