TM
AZAL və Buta-dan bilet sifarişi niyə dayandırılıb?
Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
Hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.
Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.