Daxili XəbərlərElanlar

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik hesabatının onlayn təqdimatı keçiriləcək.

Turizm sənayesi nümayəndələrinin nəzərinə!
Yanvarın 15-də saat 11:00-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik hesabatının onlayn təqdimatı keçiriləcək.
Görüşdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri və nümayəndələri, eləcə də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri iştirak edəcək.
Tədbirin məhdud vaxtını və iştirakçıların sayını nəzərə alaraq turizm sənayesi nümayəndələrindən onları maraqlandıran sualları öncədən şərh bölməsinə göndərmələri xahiş olunur. Daxil olan suallar təbirin sual-cavab bölməsində görüşə dəvət olunan qonaqlar tərəfindən cavablandırılacaq.

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close