Daxili Xəbərlər

ATB daxili turizmin təbliğatı ilə bağlı yeni videoçarx hazırlayıb

Azərbaycan Turizm Bürosu tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlanıb.
Videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.
Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.
Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.

Azərbaycan turizmi videoçarx

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close