Daxili Xəbərlər

Rüfət Hacıyev : 2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq.

2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq.

“2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir mərhələnin yaşanmasına imkan verəcək. İlk növbədə azad olnun Qarabağımızda turizmin böyük bir sürətlə inkişafına inanırıq və bütün dünyadan turistləri qarşılamağa hazırıq”, – deyə Rüfət Hacıyev qeyd edib

Tədbirin sual-cavab hissəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasəti şöbəsinin müdir müavini Bayram Rzayev, KOBİA-nın Biznesin inkişafı departamentinin müdiri Emil Məmmədov və “Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkətinin direktoru Cəmil Manizadə tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

2019-cu ildən fəaliyyətə başlayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycanın turizm sənayesində vahid standartın formalaşdırılması, sistemləşdirilməsi və üzvlərin maraqlarının qorunması istiqamətində fəaliyyət göstərir.

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close